Xora Xəstəliyi

Mədə xorası(peptik ülser/stomach-peptic ulcer/Das Magengeschwür)

Mədə xorası nədir?

Mədə xorası-həzm sistemi kanalı boyunca mukoza adlanan daxili təbəqədə yer alan yaralardır. Xora həm mədə də(peptik),həm də onikibarmaq(duodenal) bağırsaqda ola bilər.Ortaya cıxma səbəbi artmış mədə turşusu ilə daxili təbəqənin təmasıdır.Normada da mədə də turşu ifraz olunur,lakin ifraz olunan bu turşu ilə daxili divar arasında qoruyucu-selik qatı olur.Deməli yalnız turşuluq artması ilə deyil,həmçinin həmin “qoruyucu”təbəqənin azalmasıda səbəb ola bilər.

 

Kimlərdə daha tez-tez rast gəlinir?

Mədə xorası əsasən gənc və orta yaşlı kişilərdə rast gəlinir.Onikibarmaq xorası isə əsasən uşaqlarda rast gəlinir.

Xora necə əmələ gəlir?

Mədə turşusu güclü aşındırıcı faktor olmasına baxmayaraq,tək başına xora əmələ gətirməsi az görülməkdədir.Çünki xoralı xəstələrin demək olarkı,1/4 ündə mədə turşuluğu artmışdır.Bəzi xəstələrdə mədə turşuluğunun həddən artıq olmasına baxmayaraq( Zollinger Ellison sindromu kimi) xora xəstəliyi olmaya bilər.Bir Çox mədə və onikibarmaq bağırsaq xoralı xəstədə xora törədəcisi HELİCOBACTER PYLORİ(HP) dir.Dgər bir qrup  xəstədə uzun müddətli aspirin və digər QSİƏP preparatların qəbulu ilə bağlı ola bilər.

Orqanizmin həddən artıq stressə məruz qalması kimi hallar

-geniş bədən yanıqları,uzunmüddətli reanimasiya şəraitində qalmaq,kəllə beyin travmaları kimi

Xoranın kəskinləşməsinə gətirib çıxara bilir.

 

Xora əlamətləri

Əlamətlər xoranın hansı mərhələsindən asılı olaraq dəyişə bilir. Ən sıx görülən simptomu qarın nahiyyəsinin üst tərəfində,döş sümüyünün altı ilə göbək arasında ovuc içi ilə ifadə edilə bilən ağrıdır.

Bu ağrı xarakterinə görə yandırıcı, sıyrıltı kimi bir ağrıdır.Ağrı kürəyə,iki kürək sümüyü arası və qarnın yan tərəflərinə yayıla bilər.

Ağrının qidalanma ilə əlaqəsi onun hansı nahiyyədə (onikibarmaq bağırsaq yoxsa mədə) olmasından asılıdır

Mədə xorası zamanı yemek yedikdən 10-15 dəqiqə sonra ağrının artması halı ola bilir.Onikibarmaq bağırsaq xorası zamanı isə aclıq zamanı yaranan ağrı qidalanandan sonra keçə bilir. Bəzən xora zamanı gecə sıyrılma tipli ağrılar olur. Ağrılar qusma və eləcə də antiasid qəbulu zamanı azala bilir.

Bəzi xəstələrdə heç bir simptom yoxkən qanama ilk simptom ola bilər.Bəzən xora mövsümlə bağlı (əsasən yaz aylarında)  kəskinləşə bilər.

Diaqnoz

Klinik simptomlara və endoskopiyaya əsaslanır.

Xora xəstəsi nə etməli və xora riskini  necə azaltmaq olar?

XORA DİETİ

Xəstələr ac qalma müddətini uzun tutmamalıdır. Az miqdarda,yüksək kalorili qidalarla tez tez qidalanmalıdırlar. Yemək zamanı qida çox çeynənməli və yaş olmalıdır. Şəkərli qidalar mədə yanmasını artıra bilər. Duz yetərincə azaldılmalı. Zülallı (proteinli) qidalara daha çox üstünlük verilməli (protein yaranın  bərpasını tezləşdirir). Günlük qidanın tərkibində yulaf olması məsləhətdir. Kafein tərkibli qidalar kənar tutulmalıdır. Süd məhsulları geniş istifadə olunmalıdır. ”NARINCILAR” (portağal,mandalin,limon kimi) qidadan çıxarılmalıdır.

 

                                                                       Mənbə: UzmanDoktorlar.Az - Bütün Hüquqları Qorunur.

  150507 dəfə oxunub

Paylaş: