Konyuktivit Nədir?

Konyuktivit

Konyuktivit gözün konyuktiva qişasının iltihabi xəstəliyidir. Ən yayılmış səbəbi infeksiyalar və allergik reaksiyalardır. Buna görə də yaz aylarında çox rast gəlinir. Ani əmələ gələn konyuktivitlərdə isə əsas səbəb virus və bakteriyalardır.


Əlamətləri:

-gözlərdə qızartı,
-şişmiş və qırmızı göz qapaqları,

-gözlərdə sulanma,
-qaşıntı və yanma hissi,
-irin və selik əmələ gəlməsi,

-səhərlər göz qapaqlarında yapışqanlılıq,

-işığa həssaslıq

Virus və bakteriyal mənşəli konyuktivit yoluxucudur. Xəstə şəxsin istifadə etdiyi dəsmal, yastıq və digər əşyalar vasitəsilə, hətta asqırma və öskürmə zamanı yoluxa bilər. Konyuktivitli şəxs ilə təmasda olmusunuzsa, vaxt itirmədən əllərinizi yumanız tövsiyyə olunur.


Uzun müddət davam edən konyuktivit bəzən revmatik xəstəliklərin xəbərçisi ola bilər.

Müalicəsi.
Konyuktivitin səbəbindən asılı olaraq xəstəyə antibakterial (antibiotik), virus əleyhinə və ya antihistamin (allergiya əleyhinə) preparatlar təyin edilə bilər. Preparat göz damcısı və göz məlhəmi şəklində olur Müalicəyə başladıqdan 2-3 gün sonra yoluxuculuq itir və xəstə rahatlaşır. Lakin müalicəni sona qədər davam etdirmək tələb olunur.
Virus mənşəli konyuktivitdə birbaşa təsirli dərman yoxdur. Əsasən rahatladıcı dərmanlar və soyuq kompres istifadə olunur.

 

 Allergik konyuktivitdən qurtulmaq üçün bunları etməlisiniz:
1. Dərmanlarınızı düzənli istifadə edin.
2. Ağrını azaltmaq üçün soyuq kompres tətbiq edin.
3. infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə hər iki gözünüzü fərqli pambıqla qurulayın.
4. Gözlərinizi içəridən çölə doğru təmizləyin.
5. Göz bölgənizə toxunmayın.
6. Dərman istifadə etdikdən sonra əllərinizi yuyun.
7. Dəsmal kimi ortaq əşyalar istifadə etməyin.

8. İnfeksiya müddətində kosmetik vasitələr istifadə etməyin, etmişsinizsə onları atın.

Hazırladı: Dr. Zərnişan Cəfərova

  1357 dəfə oxunub

Paylaş: