Bruksizm (Diş Qıcaması)

BRUKSİZM (DİŞ QICAMASI)

  Əslində fərqində olmadığımız bir çox xəstəliklər var.Bunlardan biri kimi də bruksizmi göstərmək olar.Bruksizm –(el arasında diş qıcamaq və ya diş sıxma da deyilir) güclü çənə hərəkətlərinin səbəb olduğu tez-tez rast gəlinən bir vərdişdir. Çox vaxt vərdişin kənarına keçib, ciddi bir problem halına gələ bilər. Yetkin insanların 50-96%, uşaqların isə 15%-i bu problemlə qarşılaşır. Ümumiyyətlə, yuxu əsnasında yaranır və ağrıyanadək insanların bundan xəbəri olmur. Bruksizmin səbəblərinə baxıldığında, daha çox  içinə qapalı deyə biləcəyimiz stressli insanlarda, rəqabətçi, aqressiv insanlarda rast gəlinir. Stress və şəxsiyyət quruluşu xaricində, bu narahatlığa “Malokluzyon” yəni dişlərin düzülüş və sıralanmasındakı nizamsızlıq da səbəb olaraq göstərilməkdədir.

Bruksizmin əlamətləri

  • Səhər oyananda  oynaqlarda, çeynəmə əzələlərində ağrı
  •  Baş və boyuna yayılan hətta, belə təsir edən ağrılar
  • Qulaq ağrısı, yorğunluq, udqunma çətinliyi
  • Dişlərdə ağrı və ya həssaslıq və çənə hissəsində səs şikayətləri

 Gün içində yaşanan çətinliklər, gərginlik və stress adamın gecə gözəl bir yuxu çəkməsinə mane olduğu kimi, bir sonrakı günə də yorğun və ağrılarla başlamasına səbəb olur. Çənə əzələlərimiz olduqca güclü olduğundan bu sıxma və qıcamalar dişlərimizlə birlikdə, bədənimizdəki bir çox nöqtəyə də pis təsir edir.  Bruksizm vərdişi dişlərdə yerindən oynama, aralanma, həssaslıq və qırılmalara; dözülməz baş, boyun və bel ağrılarına; üz əzələlərində və oynaqlarında ağrılara səbəb olmaqdadır.

Bruksizmin müalicəsi

Bruksizm zamanı meydana gələn narahatlılığı diş qıcartmasının qarşısını almaq üçün həkim-stomatoloq tərəfindən təyin olunmuş silokon içlikli kappalar təyin olunur. Daha sonra stresden uzaq olmalı,yaşayış tərzini düzəltməli,bununla yanaşı psixoterapevtik müalicə alınmalıdır. Bruksizimli xəstələrə ildə iki dəfə həkim-stomatoloq müayinəsində olması tövsiyə olunur.

 

Hazırladı: Dr.Rəfiqə Cavadova

  4119 dəfə oxunub

Paylaş: