Böyrək Daşları

Böyrək daşları nədir?

Böyrək daşları (nefrolitiyaz) böyrəklərdə meydana çıxan mineralların və duzların toplanmasıdır. Böyrək daşları sidikdə azalma və / və ya sidikdə daş əmələ gətirən maddələrin çox olduğu zaman meydana gəlir. Dehidratasiya (susuzlaşma) böyrək daşının formalaşması üçün vacib bir risk faktorudur.

Böyrək daşı böyrəkdə hərəkət edən zaman və ya sidik axarlarına (böyrəyin və sidik kisəsinin bir birinə bağlayan boruya) daxil olana qədər aşağıdakı simptomları yaşayırsınız:

- Qabırğa altında, yan və arxada şiddətli ağrı
- Alt qarın və qasıq ağrısı
- Sidik ifrazı zamanı ağrı
- Çəhrayı, qırmızı və ya qəhvəyi rəngdə sidik
- Bulanıq və ya pis qoxulu sidik ifrazı
- Ürək bulanma və qusma
- Normaldən daha tez-tez sidik ifrazı
- Bir infeksiya varsa qızdırma və titrəmə
- Kiçik miqdarda sidik

Böyrək daşının yaratdığı ağrı sidik yolunda hərəkət edərkən dəyişə bilər.

 

Böyrək daşı necə düşür? Yaranma səbəbləri
 

Böyrək daşlarının yaranmasının adətən xüsusi bir səbəbi yoxdur, amma bir sıra amillər riskinizi artıra bilər. Böyrək daşları sidikdə mayedən çox  kristallar əmələ gətirən maddələr (məsələn, kalsium, oksalat və urik turşusu) üstünlük təşkil edən zaman yaranır. Eyni zamanda, sidikdə kristalların bir-birinə yapışmasını qarşısını alan maddələrin az olması da bu riskə daxildir. Bu, böyrək daşlarının formalaşması üçün ideal bir mühitdir.

 

Hazırladı: Dr.Şixverdizadə Ləman

  3893 dəfə oxunub

Paylaş: