Uzm. Dr.

 

Nurlan Isayev

Dr. Nurlan İsayev 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin II
Müalicə Profilaktika fakültəsində təhsil almışdır.
2011-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
Otorinolarinqologiya kafedrasında rezidentura təhsilinə başlamışdır.
2012-2016-cı illərdə TUS imtahanı ilə qazandığı Türkiyə Cümhuriyyəti Ankara
Universiteti Tibb Fakültəsi Qulaq Burun Boğaz Baş Boyun Cərrahiyyəsi
bölümündə uzmanlıq təhsili almışdır.
Uzmanlıq sonrası Ankarada Bayındır xəstəxanasında Doç.Dr. Eren Taştanla
funksional ve estetik rinoplastika sahəsində birlikdə çalışmışdır.
2017-ci ilin mart ayında İtaliyada İnsubria Universitetində Prof. Paolo
Castelnuovonun rəhbərliyi altında Burun və Burunətrafı Ciblərin Endoskopik
Cərrahiyyəsi sahəsində elmi-praktiki təcrübə keçmişdir ( Visitor, Rhinology
and Skull Base Surgery Fellowship Program).
Türkiyə və Avropada keçirilən bir sıra kurs və konfranslarda iştirak etmiş,
Milli Türk Rinologiya konqresləri ile yanaşı, Avropa Rinologiya (ERS), Avropa
Üz Plastik Cərrahiyyəsi Akademiyasının (EAFPS) konqreslərində sözlü
məruzələr ilə çıxış etmiş, ümumilikdə müxtəlif konqreslerdə 50-yə yaxın
bildirisi dərc olunmuşdur. 2016-ci ildə Avstriyada Salzburg Weill Cornell
Seminarında “Cochlear Implantation and Subtotal Petrosectomy in a Child
with Temporal Bone Fracture Causing CSF Leakage and Meningitis “ başlıqlı
bildiri ile mükəmməl məruzə, 2017-ci ildə 13. Türk Rinologiya kongresinde
“Endoskopik Transorbital Fibroz Displazi Eksizyonu“ adlı məruzə ilə
videobildiri 3-cülük mükafatlarına layiq görülmüşdür.
2017-ci ildə Avropa Qulaq Burun Boğaz Board imtahanının (European Board
Examination in Otorhinolaryngology-HNS) Fransada yazılı Avstriyada sözlü
mərhələlərini müvəffəqiyyətlə keçərək Avropa Board Sertifikasiyalı Qulaq
Burun Boğaz Baş Boyun Cərrahı adına layiq görülmüşdür (European Board
Certified Otorhinolaryngologist Head and Neck Surgeon).
European Rhinologic Society, European Academy of Facial Plastic Surgery,
European Academy of Allergy and Clinical Immunology, Asian Facial Plastic

Surgery Society, Yüz Plastik Cerrahisi Derneği, Türk Kulak Burun Boğaz Baş
Boyun Cerrahisi Derneği, Türk Rinoloji Derneği cəmiyyətlərinin üzvüdür.

    Sertifikat yerləşdirilməyib.

    Video yerləşdirilməyib.

Eyni ixtisaslı Uzman Həkimlər